AZ

Qazimiz beynəlxalq turnirdə həlledici mərhələyə vəsiqə qazandı

Azərbaycan paralimpiyaçısı Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində rəsmi debüt edib.

"Unikal" xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40.19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

İlkin mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələdə çıxış edəcək. Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyatda olan zabiti Polad Rzayev Vətən müharibəsinin iştirakçısıdır. P.Rzayev “Azərbaycan bayrağı”, “Şücaətə görə” ordenlərinə, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Seçilən
14
unikal.az

1Mənbələr