ABŞ prezidenti Donald Tramp daha 7 dövlət qurumunun, o cümlədən dövlət tərəfindən maliyyələşdirilən "Azadlıq Radiosu" və "Amerikanın Səsi" media orqanlarının işinə cavabdeh olan qurumun ixtisar edilməsi barədə sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, müvafiq sənədi Ağ Ev dərc edib.
Sərəncam agentlik rəhbərlərinə “onların qanunla müəyyən edilmiş funksiyalarını və əlaqəli personalını qanunla tələb olunan minimum mövcudluq və funksiyalara qədər azaltmağa” tapşırır. Agentlik rəhbərləri ixtisar planlarını yeddi gün ərzində təqdim etməlidirlər.
Siyahıya büdcədən maliyyələşən üç media orqanının fəaliyyətini koordinasiya edən ABŞ-ın Qlobal Media Agentliyi də daxildir: "Amerikanın Səsi", "Azadlıq Radiosu" və "Azad Asiya". Onların ümumi auditoriyası 361 milyon nəfərə çatır və 49 dildə fəaliyyət göstərirlər.