AZ

Serbiya qarışdı: Vuçiç etirazların nəticələrini proqnozlaşdırdı

Serbiya prezidenti Aleksandar Vuçiç martın 15-də Belqradda keçirilən etirazların nəticələrini proqnozlaşdırıb.

Publika.az xəbər verir ki, o, respublika rəhbərliyinin sabitliyi qoruyub saxlayacağına və etirazçıların təzyiqlərinə tab gətirə biləcəyinə əmin olduğunu bildirib.

“İnanıram ki, Serbiyanın əksəriyyəti daha yaxşı və daha uğurlu ölkə qurmaq istəyir”, - deyə Serbiya lideri qeyd edib. O, ümid edir ki, respublika hakimiyyəti bütün təzyiqlərə tab gətirəcək və regionda sülhü qoruya biləcək.

Vuçiç 13 il əvvəl Serbiyanın necə “küllərindən dirildiyini” və Avropanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrildiyini xatırladıb.

Seçilən
6
publika.az

1Mənbələr