AZ

Kosmosdan gələn sirli radio siqnalları alimləri təəccübləndirir

BAKI, TurkicWorld

Alimlər Böyük Ayı bürcündən qaynaqlanan və hər iki saatdan bir təkrarlanan sirli radio siqnalları aşkar ediblər.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, təxminən 10 ildir davam edən müşahidələr və müxtəlif teleskoplardan toplanan məlumatlar bu siqnalların mənbəyi barədə yeni ipuçları verib.

Mütəxəssislər hesab edirlər ki, siqnalların mənbəyi bir qırmızı cırtdan və bir ağ cırtdan ulduzdan ibarət olan ikili sistemdir. Alimlərin fikrincə, bu iki ulduz bir-birinin orbitində fırlanır və onların güclü maqnit sahələri qarşılıqlı təsirdə olaraq, hər iki saatda bir toqquşma nəticəsində radiosiqnallar yayır.

İndiyə qədər bu tip uzunmüddətli radio siqnallarının yalnız neytron ulduzlarından qaynaqlandığı düşünülürdü. Lakin bu araşdırma ilk dəfə olaraq ikili sistemdəki ağ cırtdan ulduzların da oxşar siqnallar göndərə biləcəyini ortaya qoyur.

Müşahidə olunan siqnallar, alimlərin uzun müddətdir izah etməyə çalışdıqları sürətli radio partlayışlarına (FRB) bənzəsə də, bəzi əsas fərqlər var. Tədqiqatçılar bildirirlər ki, bu siqnallar FRB-lərdən fərqli olaraq daha uzun müddət davam edir və daha az enerji daşıyır.

Tədqiqat qrupunun üzvü Dr. Kilpatrick , "Bu radio siqnalları FRB-lərə çox oxşayır, lakin onların müddəti daha uzundur. FRB-lər adətən millisaniyələrlə davam edərkən, bu siqnallar bir neçə saniyə çəkə bilər." - deyə bildirib.

Seçilən
5
turkic.world

1Mənbələr