AZ

Kanada ABŞ-la 19 milyard dollarlıq F-35 müqaviləsindən çıxır

Kanada Yayım Korporasiyasının (CBC) məlumatına görə, Blair 2023-cü ilin iyun ayında ABŞ-dan 88 ədəd F-35 döyüş təyyarəsi alınması üçün imzalanan müqavilə ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Blair bildirib ki, ABŞ prezidenti Donald Tramp tərəfindən tariflərlə təhdid edilən Kanada 19 milyard dollarlıq müqavilədən çıxmaq və təyyarələri alternativ mənbələrdən almaq kimi variantları nəzərdən keçirir.

Ödənişi alınan və 2026-cı ildə təhvil verilməsi gözlənilən 16 F-35-dən imtina edə bilməyəcəyini deyən Blair, əlavə etdi: "Biz digər alternativləri və bütün döyüş təyyarələrinin F-35 olub-olmamasını araşdırırıq".

Blair donanmanın qalan hissəsinin Avropa şirkətlərindən alınan təyyarələrdən ibarət ola biləcəyini və Kanadada təyyarə hissələrinin yığılması kimi variantların da nəzərdən keçirildiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
11
1
turkustan.az

2Mənbələr