AZ

“Ordu”nun baş məşqçisi: “Oyunu ilk periodda uduzduq”

“Biz əslində oyunu ilk periodda uduzduq və həmin 10 dəqiqədə zəif təsir bağışladıq”.

İdman.biz xəbər verir ki, bunu “Ordu” klubunun baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının XVIII turunda “Gəncə” ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

İspaniyalı mütəxəssis 10 xal fərqi ilə uduzduqları matçı şərh edib: “Sonrakı periodlarda, xüsusilə böyük fasilədən sonra rəqibə ciddi müqavimət göstərdik. Bu matçı unudub, artıq qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, “Gəncə” – “Ordu” qarşılaşması ev sahiblərinin 84:74 hesablı qələbəsi ilə bitib.

İdman.biz

Seçilən
14
2
idman.biz

3Mənbələr