AZ

Ögey anadan misli görülməmiş vəhşilik: 31 yaşı olsa da, 30 kilodur - FOTO

ABŞ-də 20 il əvvəl itkin düşən şəxsin ögey anası tərəfindən əsir saxlandığı üzə çıxıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ABŞ-ın Konnektikut ştatında baş verib.

Belə ki, 56 yaşlı Kimberli Sallivan 20 il əvvəl 11 yaşında olan ögey oğlunu əri ilə birlikdə 7 kvadratmetrlik otağa salaraq qıfılda saxlayıb.

Sonuncu dəfə 14 yaşı olanda çölə çıxarılan şəxs 31 yaşında əsarətdən xilas olub.

Məlumata görə, əsir saxlanılan yeniyetməyə sadəcə gündə 2 stəkan su verildiyi üçün gecələri tualetdən su içmək məcburiyyətində qalıb.
Tualetə getməyinə icazə verilmədiyindən təbii ehtiyaclarını şüşə və qəzetlər vasitəilə həll edib.

Kimberli Sallivan öğey oğlunun qaçmasına və kömək çağırmasına mane olmaq üçün ona sadəcə sağ qalmaq üçün kifayət edəcək qədər yemək verib.

Ötən il atasının vəfat etməsindən sonra gənc qaçış planı hazırlayıb. O, atasının cibindən götürdüyü alışqan, dezenfeksiya maddəsi və kağızları yandıraraq 17 fevralda azadlığa qovuşub.

Evdə başlayan güclü yanğından sonra hadisə yerinə gələn yanğınsöndürənlər 31 yaşlı şəxsi acınacaqlı vəziyyətdə tapıb. 31 yaşında olmasına baxmayaraq onun cəmi 30 kq çəkidə olduğu üzə çıxıb.

Gün ərzində sadəcə 15 dəqiqəliyinə otaqdan çıxmasına icazə verildiyi deyilən şəxs ögey bacı-qardaşlarının da vəziyyətdən xəbərdar olduğunu söyləyib.

Ögey ana adam oğurluğu və bir insanın həyatını təhlükəyə atmaq və s. maddələrlə ittiham edilərək saxlanılıb. Sallivan 300 min dollar (təx. 510 min AZN) girov ödədikdən və ögey oğlu ilə əlaqəsi qurmamağı qəbul etdikdən sonra sərbəst buraxılıb. O, martın 26-da məhkəmə qarşısına çıxacaq.

Billurə Yunus


 

Seçilən
22
3
olke.az

5Mənbələr