Fransa məhkəməsi "Telegram"ın qurucusu Pavel Durovun ölkəni tərk etməsinə icazə verib.
Publika.az AFP agentliyinə istinadla xəbər verir ki, o , Dubaya gedib.
Gedişin Fransa məhkəmə orqanları tərəfindən təsdiqləndiyi vurğulanır.
Durov ötən il avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarəsini tərk edərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib. O , qeyri-qanuni əməliyyatlar aparmaq məqsədilə onlayn platformanı idarə etmək də daxil olmaqla altı cinayətdə ittiham olunur.