AZ

İrandan qaçan rejissor: "Burada sənətçilər İslam Respublikasının girovlarıdırlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İranlı sənətçilər İslam Respublikasının girovlarıdırlar. Buna baxmayaraq, onların şüarları bütün dünyaya yayılıb".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə məşhur iranlı kinorejissor Məhəmməd Rəsulof "The Hollywood Reporter" jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, gənc sənətçilər və kinorejissorlar ölkədə çətin vəziyyətdədirlər.
"Məncə dünya kinosu və ümumilikdə dünya ictimaiyyəti iranlı sənətçilərin nə qədər vacib və bənzərsiz olduğunu görməlidirlər", - deyə o vurğulayıb.
Qeyd edək ki, Məhəmməd Rəsulof səkkiz illik həbs cəzasından qaçmaq üçün Almaniyaya sığınıb.
Seçilən
14
oxu.az

1Mənbələr