“Arsenal”ın yeni idman direktoru müəyyənləşib.
İnsayder Fabritsio Romanonun məlumatına görə, London klubu “Atletiko”nun sabiq idman direktoru Andrea Berta ilə şifahi razılıq əldə edib. Onunla növbəti həftə müqavilənin imzalanacağı bildirilir.
İngiltərə klubunun əvvəlki idman direktoru Edu Qaspar olub.
O, “Arsenal”ı ötən ilin noyabr ayında tərk edib. Berta isə Madrid klubundakı vəzifəsindən bu ilin yanvarında ayrılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta