AZ

Kubada milyonlarla insan işıqsız qaldı

Bakı, TurkicWorld

Kubada elektrik kəsintisi baş verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Kubanın paytaxtı Havanada Diezmero Transformator Mərkəzində yerli vaxtla axşam saatlarında elektriklər kəsilib.

Nazirlik hadisənin Qərbi Kubada mühüm enerji itkisinə və Milli Elektrik Sistemində nasazlığa səbəb olduğunu bildirərək, problemin həlli üçün işlərin başladığını açıqlayıb.

Elektrik enerjisinin kəsildiyi bölgələr arasında Quantanamo, Artemisa, Santiago de Kuba və Santa Klara da var.

Elektrik Birliyi Qurumu, ölkə üzrə milyonlarla insanı təsirləndirən bu kəsinti səbəbilə milli enerji sisteminin 42 faizinin işləməyəcəyini bildirib.

Bundan əlavə, Kubada məktəblər və iş yerlərinin 27 oktyabra qədər bağlı qalacağı elan edilib.

Seçilən
11
turkic.world

1Mənbələr