AZ

Gədəbəydə dağlıq ərazidə yanğın olub

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəGədəbəy rayonu, Qızılca meşəbəyliyində mürəkkəb relyefli dağlıqərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki,məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından MühafizəXidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələriəraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaztədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına imkanverilmədən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 0.1 ha sahədə əsasən xəzəlyanıb, meşə yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və TəbiiSərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları daiştirak edib.

Seçilən
4
26
az.trend.az

10Mənbələr