AZ

"Mövsüm indi başlayır"

"Barselona"nın müdafiəçisi Pau Kubarsi cari mövsümün son hissəsi haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal" ispan futbolçunun dediklərini belə çatdırıb. 

“Mən deyə bilərəm ki, mövsüm indi başlayır, çünki bu, hər şeyin həll olunduğu həlledici dövrdür.Biz tam diqqətimizi cəmləməli və bütün kuboklar uğrunda mübarizəyə davam etməliyik".

18 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 41 matçda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 27 turdan sonra İspaniya çempionatının turnir cədvəlinə 57 xalla "Barselona" başçılıq edir. Kataloniyalıların əlində oyun olduğunu vurğulamaq yerinə düşərdi.

Seçilən
3
90deqiqe.az

1Mənbələr