AZ

Avstraliya Ukraynaya sülhməramlı göndərəcək?

“Avstraliya Ukraynaya sülhməramlı missiyalar göndərmək təşəbbüslərini nəzərdən keçirəcək”.

“İki sahil” xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanez "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ölkəsi Ukraynada ədalətli və davamlı sülhə doğru istənilən mənalı irəliləyişi dəstəkləyir: “Amma vicdanla hərəkət etməsi üçün Rusiyaya təzyiq etmək lazım gələcək”, - o yazıb.

Baş nazir əlavə edib ki, Kanberra Ukraynanı dəstəkləmək üçün istənilən yeni təklifi nəzərdən keçirməyə həmişə açıqdır.

Seçilən
1
3
ikisahil.az

4Mənbələr