AZ

Yağış, qar yağacaq, temperatur 15 dərəcə enəcək – XƏBƏRDARLIQ

Hava şəraitinin dəyişəcəyi ilə bağlı ilkin xəbərdarlıq edilib.

Bu barədə Heftelik.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hava şəraiti dəyişəcək

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitindən sonra martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 10-15 dərəcə enəcəyi gözlənilir.

Yağıntılar intensivləşəcək, qar yağacaq

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Dağ çaylarından qısamüddətli sel keçəcək

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Hava şəraiti nə vaxta qədər hava qeyri-sabit olacaq?

Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

Seçilən
47
49
heftelik.az

10Mənbələr