AZ

Peskov: Zaman daralır

ABŞ prezidenti Donald Tramp Rusiyanın Kursk bölgəsində ukraynalı əsgərlərin mühasirəyə alındığını bəyan edərək, Rusiyadan əsgərlərə aman verməyi tələb edib.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Trampın çağırışına, təslim olsalar, həyatlarının xilas olacağına zəmanət veririk, deyib.

Mövzu ilə bağlı Rusiyadan yeni açıqlama gəlib.

Kremlin sözçüsü Dmitri Peskov müraciətə verilən cavabın hələ də qüvvədə olduğunu və təslim olduqları təqdirdə ukraynalı əsgərlərin xilas ediləcəyini bildirib və əlavə edib: "Vaxt daralır".

Bildirək ki, X hesabında verdiyi açıqlamada Zelenski Rusiyanın Ukraynanın Sumı bölgəsinə hücuma hazırlaşdığını iddia edərək, bu vəziyyətdən xəbərdar olduqlarını və müqavimət göstərəcəklərini bildirib.

Zelenski X vasitəsilə verdiyi açıqlamalara da əlavə edib:

"Rusiya qüvvələrinin gücləndirilməsi onu göstərir ki, Moskva diplomatiyaya məhəl qoymamaqda davam etməyi planlaşdırır. Aydındır ki, Rusiya müharibəni uzadır".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr