Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.
Vladimir Putin dövlət başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.
Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.
10Mənbələr
-
adalet.azPutin İlham Əliyevi Moskvaya səfərə dəvət etdi ( 16068705)
-
day.azVladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng ediblər ( 16068155)
-
leqal.infoMoskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər ( 16068105)
-
operativmm.azPutin, Lukaşenko və Rəhmon İlham Əliyevə zəng etdilər ( 16067983)
-
gundem.azPutin, Lukaşenko və Rəhmon İlham Əliyevə zəng etdilər ( 16067981)
-
seherxeber.orgPutin, Lukaşenko və Rəhmon İlham Əliyevə zəng etdilər ( 16067941)
-
nuh.azPutin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər ( 16067865)
-
newscenter.azPutin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər ( 16067757)
-
azpost.infoPutin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər ( 16067721)
-
sherg.azMoskvada görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər ( 16067667)