AZ

Ərdoğanın müşaviri: "Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni üzrə razılığın əldə olunması müsbət haldır".
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç NTV telekanalının efirində deyib.
Kılıç bildirib ki, bununla belə proses hələ davam edir: "Azərbaycan torpaqları 30 il işğal altında olub. Bu hadisələrin təkrarlanmaması üçün lazımi addımlar atılmalıdır. Yaxın gələcəkdə davamlı sülhün təmin olunacağına ümid edirik".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığını bildirib.
Seçilən
17
50
oxu.az

10Mənbələr