Almaniya Bundesliqasında 26-cı turun oyunlarına start verilib.
90deqiqe.Az xəbər verir ki, "Auqsburq" doğma meydanda "Volfsburq"la qarşılaşıb və minimal hesabla qalib gəlib.
Dörd qolluq "Maynts" - "Freyburq" matçında qalib müəyyənləşməyib.
"Bavariya" səfərdə "Union Berlin"in qonağı olub. Bu görüşdə tərəflər hərəyə bir qol, bir xalla kifayətləniblər.
Mönhenqladbax "Borussiya"sı səfərdə "Verder Bremen"lə üz-üzə gəlib və qələbəyə sevinən tərəf olub.