Nəhayət, Ferran Torresin məsələsinə aydınlıq gəlib.
“Barselona” rəhbərliyi hücumçunun gələcəyi ilə bağlı qərarını verib. “Marca” qəzetinin məlumatına görə, İspaniya klubu 25 yaşlı futbolçu ilə müqaviləni yeniləyəcək. Torres baş məşqçi Hans-Diter Flik üçün vacib oyunçu sayılır. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
Ferran bu mövsüm “Barselona”nın heyətində 31 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta