AZ

Osimhen coşdu, ''Qalatasaray'' rəqibini darmadağın etdi

Türkiyə çempionatının 28-ci turuna dünən keçirilən ''Qalatasaray'' - ''Antalyaspor'' oyunu ilə start verildi.

İstanbul nəhəngi artıq ilk yarıda 3 cavabsız qol vurmaqla matçın taleyini həll etdi. Komanda sonuncu dəfə 7-ci turda ''Kasımpaşa'' ilə ev oyununda (3:3) ilk hissədə 3 dəfə fərqlənmişdi. Fasilədən sonra daha bir dəfə fərqlənən son çempion yekunda fanatlarını 4:0 hesablı inamlı qələbə ilə sevindirdi.

Viktor Osimhen Türkiyə karyerasında ilk dəfə het-trik etdisə, daha bir qolu aktivinə Alvaro Morata yazdı. Maraqlıdı ki,  ''Adana Dəmirspor''la oyundakı texniki qələbəni saymasaq, ''sarı-qırmızılar'' bu mövsüm bütün turnirləri nəzərə almaqla evdə cəmi 2-ci dəfə böyükhesablı qələbə qazandılar. İlk darmadağın 5-ci turda, sentyabrın 14-də ''Çaykur Rizəspor'' ilə oyunda qeydə alınmışdı (5:0).

''Cim-Bom'' superliqada 27-ci oyundan sonra 22-ci qələbəsini qazandı və xalını 71-ə yüksəltdi. Turnirin tarixində 27 oyuna bundan daha yaxşı göstəricilərə yalnız bir komanda - ötən mövsümkü ''Qalatasaray'' (23 qələbə, 72 xal) nail olub. ''Fənərbaxça'' hazırda 10 xal geridə olsa da, iki oyun az keçirib. Komanda bu turun oyununu sabah keçirəcək. Osimhenə gəlincə, o, superliqada keçirdiyi 22-ci oyunda vurduğu qolların sayını 20-yə yüksəltdi.

''Qalatasaray''ın heyətində Türkiyə çempionatındakı ilk 22 oyunda bundan daha yaxşı performans göstərən son futbolçu Mario Jardel olub (2000/01, 21 qol).

ƏLİ

Seçilən
6
football-plus.az

1Mənbələr