AZ

Sürət qatarında sərnişindən 4 dəfə çox gediş haqqı çıxıldı - Texniki səhv, yoxsa qiymət artımı? VİDEO

Gedişhaqqı 60 qəpik olduğu halda, sərnişindən 2 manat 40 qəpik çıxılıb.

Xezerxeber.az xəbər verir ki, paytaxt Sakini Məti Bayramlı deyir ki, ötən gün Bakı-Vağzalından, Biləcəri stansiyasına getmək üçün sürət qatarından istifadə edib. O, qatara mindikdən sonra görüb ki, pensiya kartından gedişhaqqını 4 dəfə çox çıxıblar.

Məti Bayramlı deyir ki, qatardan tez-tez istifadə edir və belə halla ilk dəfədir rastlaşır. Dəmir Yolları QSC-nin sosial şəbəkə hesabı vasitəsilə quruma etdiyi müraciətinə cavab olaraq həmin məbləğin yeniləmə çərçıvəsində bloklandığı bildirilib. Müsahibimiz deyir ki, məbləğin belə çox çıxılması və ya bloklanması sərnişinlərin onlayn alış-veriş etməyə marağını azaldır. Psixoloji olaraq onlarda belə bir fikir formalaşır ki, onlayn nəsə aldıqda pul artıq çıxılacaq.

Məsələ ilə bağlı Azərbaycan Dəmiryolları Qapalı Səhimdar Cəmiyyətinə müraciət etdik.

Qurumdan ''Xəzər Xəbər''ə bildirdilər ki, sözügedən problemin onlarla heç bir əlaqəsi yoxdur. Bank kartı ilə ödənişə görə, məsuliyyəti bank daşıyır. Sərnişin buna görə də banka müraciət etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
7
xezerxeber.az

1Mənbələr