AZ

Bakıya gözlənilməz səfər: “Tramp Azərbaycanı seçdi”

ABŞ-nin Cənubi Qafqazda bir nömrəli tərəfdaşı Ermənistan yox, Azərbaycandır.
 
Bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazır.
 
Nəşr xatırladır ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı rəsmi açıqlamalardan sonra onu alqışlayanlar arasında Vaşinqton da var:
 
“ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqların yekunlaşmasına görə alqışlayır: “Bu, iki ölkə üçün Prezident Trampın daha sülhsevər dünya strategiyasına uyğun olaraq onilliklər boyu davam edən münaqişənin səhifəsini bağlamaq üçün bir fürsətdir”.
 
Həmçinin Rubionun Dövlət Departamentinin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir: “İndi sülhə sadiq olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək, Cənubi Qafqaz xalqları üçün firavanlıq dövrünü elan etmək vaxtıdır”.
 
Amerika administrasiyası öz fəaliyyəti ilə sübut edir ki, onun regionda bir nömrəli tərəfdaşı Azərbaycandır. ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff Moskvaya səfərindən sonra, dünən səhər saatlarında Azərbaycanın paytaxtına eniş edib. Amerika mənbələri bu haqda məhdud məlumat yayıb. İsrailin “Yerusəlim Post” qəzeti isə bu səfərin İsrail, ABŞ və Azərbaycan arasında yüksək səviyyədə əlaqələndirilmiş diplomatik addım olduğunu yazıb.
 
İddiaya görə, Uitkoff Bakıda Trampın dəstəyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsünü, habelə Amerika şirkətlərinin iştirak edə biləcəkləri yeni enerji layihələrini müzakirə edib. ABŞ Azərbaycan qazının Rusiya və Ukrayna ərazisi ilə Avropaya çatdırılması ideyasında da maraqlı ola bilər. Amerika şirkətlərinin layihədə iştirakı mümkündür.
 
Artıq heç kim Ermənistanı ciddiyə almır, hətta həftələr əvvəl İrəvanla strateji tərəfdaşlıq sazişini imzalayan amerikalılar da əsas görüşlərini Bakı ilə keçirirlər”.
 
“Past”ın fikrincə, Donald Tramp sələfi Co Baydendən fərqli olaraq, seçimini Azərbaycandan yana edib.(Teleqraf)
Seçilən
0
3
moderator.az

4Mənbələr