AZ

Qallas "Arsenal"ın hansı hücumçunu transfer etməli olduğunu açıqlayıb

Fransa millisinin sabiq müdafiəçisi Uilyam Qallas “Arsenal” klubunun necə hücumçuya ehtiyacı olduğunu deyib.

90deqiqe.Az-ın "Goal.com"a istinadən verdiyi xəbərə görə, 47 yaşlı sabiq futbolçu bildirib ki, əgər o, "Arsenal"a rəhbərlik etsəydi, nigeriyalı Viktor Osimheni transfer etməyə çalışardım. 

"Viktor müdafiəçilərin diqqətini çəkir və Havertzlə tandemdə oynamağa qadirdir. O, Arteta üçün çox önəmli oyunçu ola bilər. Lakin, "Arsenal" menecerinin bu cür yüksək səviyyəli oyunçuları idarə edəcək xarakteri yoxdur."

Xatırladaq ki, Viktor Osimhen hazırda Türkiyənin “Qalatasaray” klubunda icarə əsasında çıxış edir. Bu mövsüm forvard Türkiyə liqasında 22 oyun keçirib, 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
4
90deqiqe.az

1Mənbələr