AZ

"Azərbaycan rəhbərliyinin təşəbbüsünü yüksək qiymətləndiririk" - UNESCO

Martın 14-15-də Bakıda keçirilən “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxış edən UNESCO-nun mədəniyyət sektorunun mədəniyyət və fövqəladə hallar bölməsinin direktoru, 1954-cü il Konvensiyası və 1970-ci il Konvensiyasının katibi xanım Kristi Pikkat Azərbaycanın COP29-a sədrliyi zamanı irəli sürdüyü “İqlim üçün mədəniyyət” (Culture for Climate – C4C) təşəbbüsünü yüksək qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Kristi Pikkat bildirib ki, UNESCO ötən ilin noyabr ayında COP29 çərçivəsində keçirilmiş mədəniyyət nazirləri dialoqunda iştirak etməkdən qürur duymaqla yanaşı, ölkəmiz tərəfindən konfrans zamanı irəli sürülən “İqlim üçün mədəniyyət” təşəbbüsünün iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında mühüm addım hesab edir. İqlim fəaliyyətlərinə mədəniyyətin inteqrasiya edilməsi iqlim dəyişikliyinin fəsadlarının azaldılmasında ictimaiyyətin səfərbər olunmasına xidmət edəcək.

Qeyd edək ki, Azərbaycan tərəfindən COP29 çərçivəsində irəli sürülən “İqlim üçün mədəniyyət” təşəbbüsü iqlim dəyişikliyinə həssas davranış mədəniyyəti normalarının tətbiqi vasitəsilə bu sahədə müsbət gündəlik formalaşdırmaq məqsədi daşıyır. “C4C” ənənələrin, incəsənətin və irsin təbliği və təqdimatı yolu ilə mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün təsirli qüvvəyə çevirməyi hədəfləyir.

Seçilən
0
4
bakivaxti.az

6Mənbələr