AZ

Bundesliqa: "Bavariya" səfərdə "Union Berlin"ə qalib gələ bilmədi

Bundesliqanın 26-cı turunda "Bavariya" səfərdə "Union Berlin"lə qarşılaşıb.

hakimiyyet.az xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşmanın 75-ci dəqiqəsində qonaqlar hesabı əvəzedici kimi meydana çıxan Leroy Sanenin qolu ilə açıb. Doqquz dəqiqə sonra "Union Berlin" Benedikt Hollerbaxın dəqiq zərbəsi ilə status-kvonu bərpa edib.

Beləliklə, "Bavariya"nın 62 xalı var. Turnir cədvəlinə inamla başçılıq edir. "Union Berlin" isə 13-cü yerdədir.

Seçilən
9
1
hakimiyyet.az

2Mənbələr