AZ

Zelenski: Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketini uğurla sınaqdan keçirib

Ukrayna özünün istehsal etdiyi uzaqmənzilli raketi uğurla sınaqdan keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində məlumat verib.

“Uzun Neptun” raketi sınaqdan keçirilib və döyüşdə uğurla istifadə olunub. Bu, Ukraynanın bir neçə ildir ki, üzərində işlədiyi məxfi layihədir”, - deyə Zelenski əlavə edib. O bildirib ki, bu raket dəqiq zərbə endirir, 1000 km məsafədə hədəfləri vurur.

Prezident raketin tərtibatçılarına, istehsalçılarına və hərbçilərə təşəkkür edib.

“Biz Ukraynanın təhlükəsizliyinin təmini üçün işimizi davam etdiririk”, - deyə Zelenski bildirib.

Seçilən
1
7
yeniazerbaycan.com

8Mənbələr