İngiltərə Premyer Liqasının 29-cu turunda "Mançester Siti" "Brayton"a qarşı ev oyununda öz futbolçusu ucbatından qələbəni əldən verib.

Offsideplus.az xəbər verir ki, sözügedən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Oyunda hesabı 11-ci dəqiqədən Erlinq Haaland açsa da, 10 dəqiqə sonra rəqib komandadan cavab qolu gəlib. Olar Marmuş 39-cu dəqiqədə baxımlı zərbə ilə "şəhərlilər"i önə çıxarıb. İkinci hissə başlayandan 3 dəqiqə sonra özbək futbolçu Abdukodir Xusanov topu öz qapısına göndərərək Pep Qvardiolanı çətin vəziyyətə salıb. 90 dəqiqənin sonunda isə qarşılaşma 2:2 hesabla başa çatıb. 

Oyunda vurulan qolları təqdim edirik: