AZ

“Sabah”la “Zirə” xalları yarı böldü

Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

Msport.az xəbər verir ki, turun üçüncü, günün ikinci oyununda “Sabah” “Zirə”ni qəbul edib.

“Bank Respublika Arena”da baş tutan görüşdə qalib müəyyənləşməyib. Matçda hesabı 34-cü dəqiqədə meydan sahibləri açıb. Cesse Sekidika rəqibi məyus edib. Lakin “Zirə” 63-cü dəqiqədə David Volkovla bərabərlik qolunu vurub. Qarşılaşma 1:1 hesablı heç-heçə yekunlaşıb.

Bu nəticədən sonra “Zirə” 52 xalla 2-ci, “Sabah” 35 xalla 5-ci pillədə qərarlaşır.

Seçilən
19
msport.az

1Mənbələr