AZ

Fuad Muradov Mərakeşdə keçirilən görüşlərdən DANIŞDI - VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Mərakeş Krallığında səfərdə olub.

Modern.az-ın məlumatına görə, Komitə sədri Krallığın paytaxtı Rahat şəhərində xaricdə yaşayan mərakeşlilərlə məşğul olan dövlət qurumları, ictimai təşkilatlar və xaricdə yaşayan mərakeşlilərin şurası ilə görüşlər keçirib.

Eyni zamanda Mərakeşdəki Azərbaycan icması ilə də görüş baş tutub.

"Bu görüşdə gələcək fəaliyyət, birgə layihələr müzakirə olunub. Mərakeş Krallığında icmamız böyük olmasa da, burada bizim əsas məqsədimiz xaricdə yaşayan azərbaycanlılarla mərakeşlilər arasında əməkdaşlıq qurmaqdır. Müxtəlif qurumlarla bu barədə müzakirələr aparıldı. Xaricdə yaşayan mərakeşlilərin fondunda, Xarici İşlər Nazirliyində müzakirələr aparıldı. İnanıram ki, xaricdə yaşayan azərbaycanlı və mərakeşli icmaları birgə fəaliyyət göstərə biləcək. Nəzərə alsaq ki, Avropa ölkələrində Mərakeş icması çox böyükdür, bizim üçün də bu məsələ xüsusi əhəmiyyət kəsb edir. İnanıram ki, bu görüşlərin nəticəsi olaraq Azərbaycan və Mərakeş icması çox gözəl layihələr həyata keçirəcək".

 

Seçilən
2
modern.az

1Mənbələr