"Qarabağ"a qarşı oynamaq həmişə çətindir".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"a qarşı oyundan (0:0) sonra "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
O, 1 xalın vacibliyini dilə gətirib:
"Dəstəyə görə bütün azarkeşlərimizə təşəkkür edirəm. Bir xal bizim üçün qənimətdir. Xallarımızın üstünə daha biri əlavə olundu. Bu, sevindirici haldır. Oyunun ilk 15 dəqiqəsində yaxşı çıxış etmədik. Sonradan uşaqlarda özünəinam yarandı. Futbolçular vaxt irəlilədikcə daha güvənli oldular. Məncə, oyunu uduza da bilərdik. Qol epizodlarımız da oldu. "Qarabağ"la oynayanda əks-hücumu seçməlisən. Çünki buna məcbursan. Rəqibin futbolçularının səviyyəsi yüksəkdir".
Qeyd edək ki, "Kəpəz" hazırda turnir cədvəlində 23 xalla 9-cu yerdə qərarlaşıb.