AZ

Qanlı hadisə: Ölən və yaralanan var


Tbilisidə, Çavçavadze prospektində silahlı insident baş verib. 

Aktual.ge xəbər verir ki, insident nəticəsində bir nəfər orta yaşlı kişi öldürülüb, bir nəfər isə yaralanıb.

Şahidlərin verdiyi məlumata görə, onlar odlu silahdan beş atəş səsi eşidiblər. Onların sözlərinə görə, atəş avtomobildən açılıb.

Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub. Digər təfərrüatlar hələlik məlum deyil. 

Hadisə ilə bağlı DİN-in açıqlama verəcəyi gözlənilir. 

Seçilən
2
news24.az

1Mənbələr