AZ

"Dünya birliyi fanatizmi və dözümsüzlüyü rədd etməlidir" - BMT baş katibi

"Bu gün dünyanın bir çox müsəlmanları ayrı-seçkilikdən, təcriddən və zorakılıqdan qorxaraq yaşamaq məcburiyyətindədir..."
 
Bu gün dünyada İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü qeyd olunur. Bununla əlaqədar olaraq BMT baş katibi Antoniu Quterriş dünya xalqlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "news.un.org" nəşri
məlumat yayıb.
 
Müraciətdə vurğulanır ki, bu gün dünyanın bir çox müsəlmanları ayrı-seçkilikdən, təcriddən və hətta zorakılıqdan qorxaraq yaşayır. Onlar bu çətin şəraitdə müqəddəs Ramazan ayını qeyd edir.
 
"İslamofobiya təhlükəli həddə çatıb..."
 
"Biz irqçi profilaktikadan tutmuş insan haqları və ləyaqətini pozan ayrı-seçkilik siyasətlərinə, ibadət yerlərinə və insanlara qarşı açıq zorakılığa qədər müsəlmanlara qarşı fanatizmin təhlükəli dərəcədə artmasının şahidləriyik ", - BMT baş katibi Antönio Quterreş öz müraciətində bildirib.
 
O, vurğulayıb ki, bu hadisələr daha geniş problemlərin- dözümsüzlük, ekstremist ideologiyalar və dini icmalara, həssas qruplara qarşı hücumların bir hissəsidir.
 
Quterreşin fikrincə, dünya birliyi fanatizmi rədd etməli və onun kökünü kəsməlidir. O, hökumətləri sosial birliyi gücləndirməyə və din azadlığını qorumağa çağırıb. Eyni zamanda, onlayn platformaların nifrət nitqinə və təqiblərə qarşı mübarizə aparmalı olduğunu vurğulayıb: "Hər birimiz fanatizmə, ksenofobiyaya və ayrı-seçkiliyə qarşı çıxmalıyıq", - BMT baş katibi bildirib.
 
İslamofobiya ilə mübarizə üçün yeni addımlar
 
Bir çox ölkə artıq nifrət zəminində törədilən cinayətlərlə mübarizə aparmaq üçün qanunlar qəbul edib, eləcə də müsəlmanlar və İslam haqqında maarifləndirmə kampaniyaları həyata keçirib. Bu tədbirlər cəmiyyətdə mənfi stereotipləri aradan qaldırmağa yönəlib.
 
İslamofobiya ilə mübarizə sahəsində atılan ən son addımlardan biri BMT Baş Assambleyasının İslamofobiya ilə mübarizə üçün BMT Baş katibinin Xüsusi Nümayəndəsini təyin etməyi nəzərdə tutan qətnaməni qəbul etməsidir.
 
İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü: tarixi və mənşəyi
 
İslamofobiya müsəlmanlara qarşı qorxu, xurafat və nifrətin təzahürüdür. Bu, təhdidlər, təqiblər, təhqirlər, nifrətə təhrik və qorxutma yolu ilə, həm onlayn mühitdə, həm də real həyatda ifadə olunur. İnstitusional, ideoloji, siyasi və dini düşmənçilikdən qaynaqlanan və nəticədə struktur və mədəni irqçiliyə çevrilən bu fenomen müsəlmanların dinə aid rəmzlərinə və atributlarına qarşı yönəlir.
 
BMT İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününü 2022-ci ildə təsis edib. Bu tarixin seçilməsi 2019-cu ildə Yeni Zelandiyanın Kraystçerç şəhərində cümə namazı zamanı törədilmiş kütləvi qətliamla bağlıdır. Həmin terror aktında 51 nəfər həyatını itirib.
Seçilən
2
moderator.az

1Mənbələr