AZ

“Qurban Qurbanovun sözünün qarşısında söz deyə bilmərəm”

Xəbər verdiyimiz kimi, “Kəpəz” Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində Tovuz şəhər stadionunda “Qarabağ”la 0:0 hesablı heç-heçə edib.

KONKRERT.az “Qafqazinfo” xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. “Qarabağ”a qarşı əks-hücumda oynamağa məcbursan”.

– Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısız?

– “Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var”.

– Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?

– “Kəpəz”də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq”.

– Komandanın içində olan problemləri tapa bildiz?

– “Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir”.

Seçilən
2
14
konkret.az

10Mənbələr