İngiltərəli futbolçu Dele Alli iki fasilədən sonra meydanlara qayıdıb.
Offsideplus.az xəbər verir ki, hazırda "Komo"da oynayan 28 yaşlı hücumçu "Milan"la oyunda 81-ci dəqiqədə meydana daxil olub. Onun qayıdışı uğursuz alınıb. İngilis futbolçu sərt qayda pozuntusuna görə komandasını azlıqda qoyub.
O, sonuncu dəfə 2023-cü ildə "Beşiktaş"da çıxış edərkən meydançaya ayaq basmışdı.
Daha sonra uzunmüddətli zədə yaşayan Alli ötən ilin yayında müqavilə ilə məxsus olduğu "Everton"dan ayrılmışdı. O, 6 ay klubsuz qaldıqdan sonra bu qış azad agent kimi Sesk Fabreqasın çalışdırdığı "Komo"ya qoşulmuşdu.
Qeyd edək ki, matç "Milan" 2:1 hesablı üstünlüyü ilə başa çatıb.