AZ

Tramp ABŞ ordusuna əmr etdi - Husilərə qarşı hərbi əməliyyatlar başlayır

Donald Tramp ABŞ ordusuna Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.

Teleqraf xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

“Bu gün mən Birləşmiş Ştatlar ordusuna Yəməndəki husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyatlar aparmağı əmr etdim”, - o yazıb.

ABŞ prezidenti bildirib ki, hərbi əməliyyat Amerikanın gəmiçilik, hava və dəniz qüvvələrini qorumaq və naviqasiya azadlığını bərpa etmək məqsədi daşıyır.

Tramp həmçinin İranı Yəmən husilərinə dəstəyi dayandırmağa və Amerika xalqını və onların prezidentini təhdid etməməyə çağırıb .

Xatırladaq ki, yanvarın 23-də Tramp Yəmənin Husilərin Ənsar Allah hərəkatının xarici terror təşkilatı kimi təyin edilməsi prosesinə start verən fərman imzalayıb.
Seçilən
21
35
sherg.az

10Mənbələr