İngiltərəli futbolçu Dele Alli iki illik aradan sonra yaşıl meydançalara qayıdıb.
Offsideplus.az xəbər verir ki, hazırda "Komo"nun şərəfini qoruyan 28 yaşlı hücumçu "Milan"la matçın 81-ci dəqiqəsində oyuna daxil olub.
Lakin onun qayıdışı uğursuz alınıb. İngilis futbolçu sərt qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.
O, sonuncu dəfə 2023-cü ildə "Beşiktaş"da çıxış edərkən meydançaya ayaq basmışdı.
Daha sonra uzunmüddətli zədə yaşayan Alli ötən ilin yayında müqavilə ilə məxsus olduğu "Everton"dan ayrılmışdı. Altı ay klubsuz qaldıqdan sonra bu qış azad agent qismində Sesk Fabreqasın çalışdırdığı "Komo"ya qoşulmuşdu.
Qeyd edək ki, matç "Milan" 2:1 hesablı üstünlüyü ilə başa çatıb.