Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) qlobal ticarətin 2024-cü ildə 3,7 faiz artaraq rekord səviyyəyə - 33 trilyon dollara çatacağını bildirib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə UNCTAD qlobal ticarət məlumatlarını təhlil edən “Qlobal Ticarət Yeniləmə” hesabatını dərc edib.
Hesabatda qlobal ticarət 1,2 trilyon dollar artaraq rekord səviyyəyə çatıb.
Bildirilib ki, ticarət güclü qalsa da, 2025-ci ilə dair qeyri-müəyyənliklər var. Qlobal ticarət artımının demək olar ki, 60 faizi xidmətlər ticarətindən əldə olunub.
Hesabatda mal ticarətinin keçən il 2 faiz artdığı və qlobal ticarətin artmasına 500 milyard dollar töhfə verdiyi bildirilib.
Qeyd edilib ki, qlobal ticarət balanssızlığı keçən il 2022-ci il səviyyəsinə qayıdıb.
Hesabata əsasən, Çinin güclü ixracatı ölkənin ticarət profisitini 2022-ci ildən bəri ən yüksək həddə çatdırıb.