AZ

Tramp əmr etdi: Husilərə qarşı hərbi əməliyyatlar başladı

ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə fəaliyyət göstərən husilərə qarşı əməliyyatlara başlamaq barədə əmr verib.

hakimiyyet.az xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında bildirib.

Onun sözlərinə görə, husilər ABŞ və digər dövlətlərin gəmilərinə, təyyarələrinə qarşı terror kampaniyası aparıblar.

"ABŞ bayrağı altında olan ticarət gəmisinin Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir ildən artıq vaxt keçir. İran tərəfindən maliyyələşdirilən Husi quldurları ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımızı və müttəfiqlərimizi hədəfə alıblar. Bu hücumlar ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəlib, eyni zamanda, günahsız insanların həyatını riskə atıb", - Tramp yazıb.

Əmrdən sonra ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan hədəflərə hava zərbələri endirib. Husilərə məxsus "Al Masirah" telekanalı paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.

Seçilən
14
4
hakimiyyet.az

5Mənbələr