Türkiyə Süper Liqasında 28-ci turun matçları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Beşiktaş" bu həftə "Konyaspor"un qonağı olub. "Qara qartal" matçın 64-cü dəqiqəsindən bəri meydanda 9 nəfərlə qalan rəqibiylə bacarmayıb.
Qarşılaşmada yeganə qolu "Konyaspor"un forvardı Melih Bostan vurub.
Gecənin digər oyununda Fatih Tekke rəhbərliyində ilk matçına çıxan "Trabzonspor" səfərdə "Başakşəhər"lə qarşılaşıb.
Tekkenin debütü uğurlu alınıb. Qaradəniz təmsilçisi qarşılaşmadan 3:0 hesablı inamlı qələbəylə ayrılıb.