AZ

İtaliyada yenidən zəlzələ olub, 100 nəfər təxliyə edilib

Neapolun qərbindəki Kampi Fleqrey bölgəsində 3,9 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) zəlzələnin episentrinin Solfatara bölgəsində 2,5 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Yeraltı təkan əhali arasında təşviş yaradıb, insanlar iş yerlərini və evlərini tərk ediblər. Baqnolidə ehtiyat tədbiri olaraq 100-dək insanın yaşadığı binadan sakinlər təxliyə edilib.

Qeyd edək ki, gecə saatlarında bölgədə 3,5 bal gücündə zəlzələ qeydə alınmışdı. Son 24 saatda İtaliya sahillərində və yarımadada ən güclüsü 4,7 bal olmaqla ümumilikdə 20-dən çox zəlzələ olub.

Qədim vulkanik kraterlərdən ibarət olan Kampi Fleqrey bölgəsində isə son dövrlərdə seysmik aktivlik artıb.
Seçilən
0
12
sherg.az

10Mənbələr