AZ

ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb

ABŞ və Britaniya qüvvələrinin Yəmənə endirdiyi zərbələr nəticəsində azı 9 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalına husilərin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

“ABŞ və Böyük Britaniyanın zərbələrinin nəticəsində doqquz ölü, doqquz yaralı var”, - Anis əl-Əsbahi qeyd edib.

Qeyd edək ki, qısa müddət öncə Amerika lideri Donald Tramp ABŞ ordusuna husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmri verdiyini açıqlayıb.

Seçilən
2
7
apa.az

9Mənbələr