AZ

İkardi uşağını görməyə gəldi, Vandanın səsi aləmi bürüdü

''Qalatasaray''ın ulduzu Mauro İkardi ilə boşanma prosesində olduğu keçmiş həyat yoldaşı Vanda Nara arasında qalmaqal hər ötən gün yeni səviyyəyə çatır.

Argentina mediasında çıxan son xəbərlərə görə məhkəmə İkardiyə öz uşaqlarını görməyə icazə verdikdən sonra ünlü futbolçu dərhal öz qızlarını görmək üçün Vandanın yaşadığı evə gedib. İkardi burda qızı ilə zaman keçirərək onu qucağına alıb. Həmin anda Vanda qışqırmağa başlayıb. Onun arxa fonda səsi kameralara da düşüb. Bütün bu proses polislərin müşayiəti ilə yaşanıb. Polislər Vandaya İkardi ilə qızına müdaxilə etməyə imkan verməyiblər. Bu olayın görüntüləri də sosial şəbəkələrdə yayılıb.

Ümumiyyətlə, bu aralar Vanda Naranın həm maddi, həm də psixoloji durumu qaydasında deyil. Bir neçə gün öncə argentinalı jurnalist Yanina Latorre Vandanın məhkəmələrə 240 milyon peso (təxminən 210 min avro) borcunun olduğunu iddia etmiş və onun bu pulu ödəməkdə çətinlik çəkdiyini bildirmişdi. Həmin jurnalistin iddiasına görə Nara İkardini hər yerdə, hətta qızlarının telefonunda da bloka atıb.

Bundan başqa Vanda məhkəməyə əvvəlki həyat yoldaşı Maksi Lopesdən olan övladlarının Mauro İkardi tərəfindən fiziki şiddətə məruz qaldığını bildirib. İkardi bunu qətiyyətlə təkzib edərək həmin uşaqların ona ''ata'' deyə müraciət etdiyini xatırladıb.

Ən son xəbərlərə görə İkardi özündən olan uşaqlara yaxşı baxmadığı və onların təhlükəsizliyini təmin etmədiyinə görə Vandaya qarşı məhkəmədə yeni iddia qaldırmağa hazırlaşır.

ƏLİ

Seçilən
0
3
football-plus.az

4Mənbələr