Moskva Ukraynada atəşkəsin mümkünlüyü ilə bağlı dəqiq cavab verməlidir.
News365.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron bildirib ki, hazırda Rusiyanın sülh istəməsi görünmür:
“Rusiya səmimiyyətlə sülh istəyən ölkə təəssüratı yaratmır. ABŞ və Ukraynanın təkliflərinə cavab vermir. Döyüşü gücləndirir. Prezident Putin hər şeyi əldə etmək, sonra danışıqlar aparmaq istəyir".