Yəmənə endirilən zərbələr nəticəsində 9 nəfər öldü
ABŞ və Britaniya qüvvələrinin Yəmənə endirdiyi zərbələr nəticəsində azı 9 nəfər həlak olub.Metbuat.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalına husilərin nümayəndəsi Anis əl-Əsbahi məlumat verib. O, məlumat verib ki, hücum nəticəsində daha 9 nəfər yaralanıb. Qeyd edək ki, Amerika lideri Donald Tramp ABŞ ordusuna husilərə qarşı hərbi əməliyyatlara başlamaq əmri verib.