İngiltərə çempionatının 29-cu turunda “Brayton”la görüşdə (2:2) “Mançester Siti”nin hücumçusu Erlinq Haaland qol vurub.
Publika.az xəbər verir ki, 24 yaşlı norveçli 11-ci dəqiqədə penaltidən fərqlənərək Premyer Liqada 94 matçda 16 məhsuldar etməklə 84-cü qolunu vurub.
Beləliklə, Haaland Premyer Liqa tarixində 100-dən az oyunda qol+ötürmə sayında 100-ə çatan ilk oyunçu olub.