Bakı. Trend:
Neapolun qərbindəki Kampi Fleqrey bölgəsində 3,9 bal gücündəzəlzələ olub.
Trend xəbər verir ki,İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) zəlzələninepisentrinin Solfatara bölgəsində 2,5 kilometr dərinlikdə qeydəalındığını açıqlayıb.
Yeraltı təkan əhali arasında təşviş yaradıb, insanlar işyerlərini və evlərini tərk ediblər. Baqnolidə ehtiyat tədbiriolaraq 100-dək insanın yaşadığı binadan sakinlər təxliyəedilib.