AZ

Premyer Liqa: “Mançester Siti” “Brayton”la da bacarmadı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, növbəti oyun günündə bütövlükdə beş qarşılaşma baş tutub.

“Everton” – “Vest Hem” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Son çempion “Mançester Siti” də “Brayton”la ev oyununda qələbəni əldən verib. Dörd qolluq matçda qalib müəyyənləşməyib.

“İpsviç Taun” evdə “Nottingem Forest”ə, “Sauthempton” “Vulverhempton”a, “Bornmut” isə “Brentford”a məğlub olub.

Xatırladaq ki, bu turun “Aston Villa” – “Liverpul” oyunu fevralın 19-da keçirilib və 2:2 hesabıyla yekunlaşıb.

29-cu turun “Nyukasl” – “Kristal Pelas” oyunu isə aprelin 16-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
29-cu tur
15 mart

Everton – Vest Hem 1:1
Qollar: Obrayn, 90+1 – Souçek, 67.

İpsviç Taun – Nottingem Forest 2:4
Qollar: Kayuste, 82. Herst, 90+3 – Milenkoviç, 35. Elanqa, 37; 41. Jota Silva, 87.

Mançester Siti – Brayton 2:2
Qollar: Haland, 11-pen. Marmuş, 39 – Estupinan, 21. Xusanov, 48-öz qapısına.

Sauthempton – Vulverhempton 1:2
Qollar: Onuaçu, 75 – Larsen, 19; 47.

Bornmut – Brentford 1:2
Qollar: Janelt, 17-öz qapısına – Vissa, 30. Norqard, 71.

16 mart

17:30. Arsenal – Çelsi
17:30. Fulhem – Tottenhem
23:00. Lester Siti – Mançester Yunayted

Seçilən
8
arena.az

1Mənbələr