AZ

“Axios”: ABŞ-ın Yəməndə husilərə zərbələri həftələr çəkə bilər

ABŞ Silahlı Qüvvələrinin (AF) Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi qüvvələrinə qarşı irimiqyaslı zərbələri bir neçə gün və ya həftə davam edə bilər.

İki sahil” xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid mənbələrə istinadən məlumat verib.

"Bir ABŞ rəsmisi mənə şənbə günü zərbələrin tək bir hadisə olmadığını, ABŞ-ın husilərə qarşı günlərlə və ya bəlkə də həftələrlə davam edəcəyi gözlənilən davamlı zərbələrin başlanğıcı olduğunu söylədi", - o deyib.

ABŞ prezidenti Donald Tramp şənbə günü ABŞ ordusuna husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. O qeyd edib ki, üsyançıların ABŞ gəmilərinə hücumları bu gündən dayandırılmalıdır. Tramp, həmçinin açıqlamasında ​İranı husilərə dəstəyi dərhal dayandırmağa çağırıb.

Bundan əvvəl “AI Masirah” telekanalı Yəmənin paytaxtının hava hücumlarına məruz qaldığını bildirib. “AI Mayadeen” telekanalının məlumatına görə, ABŞ və Böyük Britaniyanın zərbələri nəticəsində 9 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
13
ikisahil.az

1Mənbələr