Səhiyyə Nazirliyi və “PAŞA Holding”in birgə təşkilatçılığı ilə “Erkən müayinə can qurtarır” adlı növbəti aksiya Sabirabad rayonunda reallaşıb. Diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Sabirabad və ətraf rayon sakinləri fəal iştirak ediblər.
“Fərqindəlik” layihəsinin rəhbəri Şəbnəm Həsənova bildirib ki, “Erkən müayinə can qurtarır” adlı tibbi müayinə ikinci dəfədir keçirilir və bu dəfə Sabirabadda təşkil olunub. Kampaniya ölkə üzrə 24 rayonu əhatə edəcək, o cümlədən işğaldan azad edilən rayonlarda da təşkil olunacaq. Şəbnəm xanımın sözlərinə görə, erkən müayinə diabetin həm fiziki, həm də sosial təsirlərini azaltmağa kömək edir. Belə ki, diabetin nəzarət altında saxlanması ilə xəstələr gündəlik həyatlarında daha aktiv və sağlam ola bilərlər.
Məqsəd diabetin qarşısını almaq, insanları sağlamlıqları ilə bağlı məlumatlandırmaq və sağlam cəmiyyət qurmaqdır.
XQ